Mövlud Çavuşoğlu `Qarabağ`ı təbrik etdi


18:46     25 Avqust 2017 movlud7.jpg

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın "Qarabağ" futbol klubunu Çempionlar Liqasına çıxması münasibətilə təbrik edib.


Femida.az xəbər verir ki, M.Çavuşoğlu "Twitter"dəki səhifəsində yazıb:

"Qardaş Azərbaycanın uğuru bizi də qürurlandırdı. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazan "Qarabağ" futbol komandasını təbrik edirik".

Qeyd edək ki, "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 701